Modern.az

ANS-də taksi sürücüləri ilə skandal yaşandı

ANS-də taksi sürücüləri ilə skandal yaşandı

Media

19 Yanvar 2012, 13:46

Sürücülər sözlərini deməyə imkan verilmədiyini əsas gətirib studiyanı tərk etdilər

Bu gün ANS-in “Günəbaxan” verilişində qeyr-adi vəziyyət yaranıb. "Azadlıq" qəzetinin məlumatına görə, taksi sürücülərinin son günlərdəki olaya etirazları ilə əlaqədar verilişə onların nümayəndələri dəvət olunub. Qarşı tərəf kimi isə verilişdə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qatılıb.

Veriliş başlayan kimi taksi sürücüləri ilə Namiq Həsənov arasında gərgin dialoq yaşanıb. Aparıcı İlqar Mikayıloğlu daha çox taksi sürücülərini sakitləşdirməyə çalışmaqla vəziyyətə nəzarəti ələ almaq istəyib, amma tamam əks nəticə yaranıb.

Taksi sürücüləri onlara sözlərinin deyilməsi üçün şərait yaradılmadığını görərək etiraz əlaməti kimi studiyanı kollektiv şəkildə tərk ediblər. Təxminən 30 nəfər sürücünün getməsi ilə studiya demək olar ki, boş qalıb. Aparıcı verilişi Namiq Həsənov və bir neçə nəfər daimi iştirakçı ilə davam etdirmək məcburiyyətində qalıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi