Modern.az

Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR

Türk dünyası mediası TÜRKSOY-da... FOTOLAR

Media

3 Fevral 2012, 14:14

Aqil Camal
“Türküstan” qəzetinin baş redaktoru


Ötən həftə Türkiyənin paytaxtı Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən elan edilmiş "2012 Mirzə Fətəli Axundzadə İli"nin açılışı və "3-cü TÜRKSOY Media Onur Mükafatları"nın təqdim edilməsi mərasimləri keçirildi. Baş redaktoru olduğum “Türküstan” qəzeti  TÜRKSOY-un sözügedən ödülünə layiq görüldüyü üçün mən də toplantılarda iştirak edirdim. Qurumun Mərkəzi Qərargahında keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Türk xalqlarının bir çox mədəniyyət insanını TÜRKSOY vasitəsilə tanıdığını xatırlatdı: "Bunda məqsədimiz eyni dili, mədəniyyəti, tarixi bölüşən xalqlarımızın bir-birinə daha da yaxınlaşmasıdır”. Kaseinov çıxışında Axundzadənin şəxsiyyətindən danışaraq dedi: “Türk dünyasının ilk dramaturqu olan Axundzadə, ən çətin sahələrin biriylə, komediya ilə cəmiyyətin işıqlanmasına, ana dilin gözəlləşdirilməsinə çalışmışdır. Qərbi Şərqə, Şərqi də Qərbə tanıtmışdır".

Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin “Mirzə Fətəli Axundzadə ili” elan edilməsinə görə TÜRKSOY-a üzv ölkələrə təşəkkür etdi: “Mirzə Fətəli Axundzadə Azərbaycanın, türk dünyasının, eyni zamanda qoca Şərqin və bütün dünyanın elə nəhəng zəka, idrak sahibi, elə istedadlı yaradıcı şəxsdir ki, onun qoyduğu mədəni-mənəvi fəlsəfi problemlərin bir çoxunun cavabları hələ yüz illər bizdən irəlidədir və təbii ki, davamlı araşdırmalar, ciddi tədqiqatlar tələb edir. Türk xalqlarının, o cümlədən Azərbaycan xalqının dil, düşüncə, ümumən bir cəmiyyət olaraq formalaşmasında “Kitabi – Dədə Qorqud”un, dahi söz ustadı Nizami Gəncəvinin əsrlərlə davam edən təsir qüvvəsi XIX yüzillikdə Mirzə Fətəlinin elmi ədəbi təcrübəsi ilə tamamilə yeni bir məzmun kəsb etmişdir”.

Gürcistanlı nazir Nikoloz Rurua isə Axundzadəni Şərqin Molyèri kimi xarakterizə etdi.

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Axundzadənin mədəniyyətimizdəki yerinə toxunaraq onun əlifba və ədəbiyyat sahəsində işlərini qeyd etdi.

Açılış nitqlərindən sonra Axundzadənin həyatı ilə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası şöbəsinin müdiri Zaman Əsgərli və İzmir Ege Universiteti ədəbiyyat fakültəsi professoru Yavuz Akpınar Axundzadənin həyat və fəaliyyəti ilə baglı çıxışlar etdilər. 

Sonra “3-cü TÜRKSOY Mətbuat Onur Mükafatları” təqdimetmə törəni keçildi. Media qurumları və təmsilçiləri Türk dünyası mədəniyyətini, tarixini geniş işıqlandırdıqları üçün təltif edildilər.  

Mükafatları TÜRKSOY Baş katibi D.Kaseinov, Azərbaycan mədəniyyət və turizm naziri Ə.Qarayev, Gürcüstan mədəniyyət və abidələri qoruma naziri Nikoloz Rurua, Türkiyə mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz, Kosovo dövlət və bələdiyyə idarəetməsi naziri Mahir Yağcılar təqdim etdi.

Mükafatlandırılanlar:

Azərbaycan

Trend Agentliyi (Mükafatı agentliyin direktor müavini Elçin Hüseynov qəbul etdi)

Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru

Qazaxıstan 

Eduard Jılkıbayev- “KAZAKİSTANKAYA PRAVDA” qəzetinin redaktoru

Irina Dynnıkova – “KAZİNFORM” agentliyinin Türkiyə təmsilçisi

Qırğızıstan

Ramiz Məşədihəsənli – “Altın köprü” dərgisinin baş redaktoru

Rustam Abdumanapov – “ORTA ASYA” tarix portalının qurucusu (www.kyrgyz.ru)

Türkiyə

Türk Müzik Birliyi (TMB TV)

Ayşen Gaye Makiniz – KANAL B proqram rəhbəri 

Seyfullah Türksoy - “TÜRKSOY” və “İPEKYOLU” proqram rəhbəri

EKO-AVRASYA dərgisi 

Əflatun Neimetzade – “İL” qəzetinin yazarı

Başkurdistan

Gülnaz Kutiyeva – “AGİDEL” dərgisinin redaktoru

Xakasiya

Olqa Karacakova –“ABAKAN” qəzetinin yazarı

Tatarıstan 

Dmitri Pıvovarov - “EFIR TV”-nin aparıcısı

QKTC

Rasih Reşat – “HABERDAR” qəzetinin baş redaktoru

Mahmut İslamoğlu – araşdırmaçı yazar

Səfər çərçivəsində Türk dünyasının müxtəlif yerlərindən gəlmiş media təmsilçiləri Ankara ilə yanaşı, Konya və Kayseri şəhərlərində də olaraq çoxsaylı görüşlər keçiriblər, tarixi yerləri ziyarət ediblər. 

 

 

“Türküstan”a mükafatı TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim etdi.

 

Təqdimat mərasimində Azərbaycan muğam üçlüyü xanəndə Simarə İmanovanın ifasında “Sarı gəlin”i və “Azərbaycan maralı”nı səsləndirdi.

 

Böyük sənətkarımız Cahangir Novruzov TÜRKSOY dəvətliləri arasında idi.

 

Türkiyə Cümhuriyyəti Başbakanlık Basın Yayın və Enformasyon Müdürlüyündə “Türk dünyasının kültürəl inteqrasiyasında medianın rolu” adlı konfransda.

 

Övliyalar yurdu Konyada. Mövlana Cəlaləddin Ruminin türbəsini ziyarətdən sonra Konya Qəzetçilər Cəmiyyətində olduq.

 

Kayseri: TÜRKSOY-a üzv ölkələrin təmsilçilərindən yaradılan “Doğuş” uşaq orkestrinin konserti.

 

Orkestrdəki Azərbaycan təmsilçiləri.


Kayseri Qəzetçilər Cəmiyyətinin başqanı Veli Altınkayaya Bakı hədiyyəsi... 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi