Modern.az

Mərkəzi Bank məqalə müsabiqəsinin qalib jurnalistlərini seçdi - SİYAHI

Mərkəzi Bank məqalə müsabiqəsinin qalib jurnalistlərini seçdi - SİYAHI

Media

13 Fevral 2012, 14:18


Azərbaycan Mərkəzi Bankının 20 illik yubiley tədbirləri çərçivəsində 5 sentyabr-30 dekabr 2011-ci il tarixlərində “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda jurnalistlər arasında keçirilən məqalə müsabiqəsi başa çatıb və qaliblər müəyyənləşib. Bu barədə Modern.az-a Bərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, müsabiqəyə 35 məqalə təqdim olunub. Məqalələrin qiymətləndirilməsi müsabiqə qaydalarında elan olunmuş meyarlar əsasında aparılıbr.

Həmin meyarlara uyğun olaraq Fuad Əlizadənin “Zerkalo” qəzetində dərc olunmuş “Зрелость в “юношеском возрасте” adlı məqaləsi ikinci yerə, Abdulla Əlixanovun “www.banker.az” saytında dərc olunmuş “Makroiqtisadi sabitlik və bank sektorunun inkişafında Mərkəzi Bankın rolu” adlı məqaləsi isə üçüncü yerə layiq görülüb.

Həmçinin növbəti məqalələrin müəllifləri həvəsləndirici mükafatlarla təltif ediləcək:

- Rauf Nəsirov “Главная мотивация - стимулирование экономики Азербайджана”;

- Ağakərim Hacıyev “Azərbaycan Mərkəzi Bankı: inkişaf istiqamətləri və mərhələləri”;

- İlahə Məmmədli “20 лет финансовой надежности от Центробанка Азербайджана”.


Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi