Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHIK) «Azərbaycan Həmkarlar İttifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, radio və televiziya süjeti» respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Modern.az saytının məlumatına görə, tədbirdə bildirilib ki, ümumilikdə 70-dən çox yazının və video süjetin təqdim olunduğu musabiqədə 3 nəfər 1-ci yerə (hər biri 1000 manat), 8 nəfər 2-ci yerə ( hər biri 500 manat), 10 nəfər isə üçüncü yerə ( hər biri 300 manat) layiq görülüb. Bundan başqa, daha 8 müəllif müsabiqənin həvəsləndirici mükafatını (200 manat) alıb.
Mərasimdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, son dövrlərdə Azərbaycan Həmkarlar İttifaqlarında əldə edilən nailiyyətlər, həmkarlar ittifaqı hərəkatının gücləndirilməsi, onun beynəlxalq arenada özünəlayiq yer tutması, aparıcı ölkələrin həmkarlar ittifaqları ilə işgüzar əməkdaşlıq münasibətlərinin inkişafı, işçilərin sosial-iqtisadi hüquqlarının həqiqi müdafiəçisi imicini qazanması, həmkarlar ittifaqlarının tərəqqipərvər ideya və məqsədləri kütləvi informasiya vasitələri tərəfindən geniş və obyektiv işıqlandırılıb.
Konfederasiya sədri vurğulayıb ki, dörd nominasiya üzrə keçirilən müsabiqədə Azərbaycan Həmkarlar İttifaqlarının bu günü və sabahı, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, Həmkarlar İttifaqlarının beynəlxalq arenada fəaliyyəti, həmçinin cəmiyyətdəki yeri və rolu mövzularına üstünlük verilib.
Səttar Mehbalıyev daha sonra deybi ki, onların məqsədi AHİK-in uğurlu işləri haqqında hər kəsdə aydın təsəvvür və gələcəyə inamla irəliləmək üçün stimul yaratmaqdır. “Həmkarlar ittifaqlarının fəaliyyətində KİV-in rolunun artırılması informasiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. AHİK bu sahədə atılan addımların davamlılığını təmin etmək üçün ciddi səylər göstərib və bundan sonra da göstərəcəkdir”.
Sonda müsabiqə qaliblərinə pul mükafatı və diplomlar təqdim edilib. Mükafatlandırılan jurnalistlərin siyahısı aşağıdakı kimidir:
I yer
- Akif Cabbarlı ( “Şərq” qəzeti, AzTV-nin idarə heyətinin katibi)
- Zeynəb Əli qızı ( “Kaspi” qəzeti)
- Qüdrət Piriyev ( “Xalq qəzeti)
II yer
- İlkin Ağayev (“Palitra” qəzeti)
- Ramil Məmmədov (“APA” İA)
- Ceyhun Musaoğlu (“Ədalət” qəzeti)
- Rəşad Cəfərli (“Azərbaycan” qəzeti)
- Fuad Hüseynzadə (“Paritet” qəzeti)
- Alim Hüseynli (“Olaylar” qəzeti)
- Telman Əliyev (“Xalq qəzeti”)
- Samirə Səfərova (“Bakı-Xəbər” qəzeti)
III yer
- Xalid Vahidoğlu (“Üç nöqtə” qəzeti)
- Pünhan Əfəndiyev (“Modern.az” saytı)
- Anar Bayramoğlu (“Şərq” qəzeti)
- Bəhlul Eminli (“İqtisadiyyat və həyat” jurnalı)
- Atif Eyvazov (“Azadinform” İA)
- Tahir Abbaslı (“Paralel” qəzeti)
- Nahid Canbaxışlı (“Həftə içi” qəzeti)
- Sevinc İskəndərova (“Spase” telekanalı)
- Təranə Məhərrəmova (“Kaspi” qəzeti)
- Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti)
Həvəsləndirici mükafatlar
- Səməd İsmayılov ((“Pespublika” qəzeti, İmişlidə çıxan “Xalq sözü” qəzetinin baş redaktoru)
- Vaqif Bayramov (“Xalq qəzeti”)
- Yusub Əhmədov (“Paralel” qəzeti)
- Rasim Bayramov (“Mövqe” qəzeti)
- Əfqan Qafarlı (“Modern.az” saytı)
- Akif Nəsirov (“Paralel” qəzeti)
- İradə Sarıyeva (“Bakı-Xəbər” qəzeti)
- Vüsal Məmmədov (“Gəncə.az” saytı, Gəncə)