Azərbaycan Mətbuat Şurasının və «Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı keçirdiyi müsabiqə yekunlaşıb.
Müsabiqəyə material qəbulunun aparıldığı 20 yanvar-20 fevral 2012-ci il tarixlərində hər gün MŞ-də fəaliyyət göstərən işçi qrupuna sənəd qəbulu həyata keçirilib.
Yazılar üçün dil, həcm, üslub və janr məhdudiyyətinin qoyulmadığı müsabiqəyə 72 material təqdim olunub. Həmin materiallar ümumilikdə 42 media orqanında (34 qəzet, 8 elektron media vasitəsi olmaqla) gedib. Onlardan ikisi bölgə mətbuatıdır (3 material). Yazılardan biri rus dilindədir.
Müsabiqəyə təqdim olunan materialları MŞ və «Akkord» STİK tərəfindən tərkibi birgə müəyyənləşdirilən 5 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Münsiflər heyətində Müşfiq Ələsgərlinin (MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri), Rəşad Məcidin (MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru), Cahangir Məmmədlinin (BDU-nun jurnalistika fakultəsinin profussoru), Şamil Vəliyevin (BDU-nun jurnalistika fakultəsinin profussoru) və Emin Eminbəylinin (müstəqil jurnalist) adı yer alıb.
Azərbaycan Mətbuat Şurası və «Akkord» STİK müsabiqə mövzusunun aktuallığını, media nümayəndələrinin sahəyə marağını, eləcə də təqdim olunan nümunələrin jurnalist peşəkarlığına əsaslanaraq təqdimatını, xüsusən Xocalı faiciəsinə həssas yanaşmadan irəli gələn müxtəlif təqdimat tərzinin mövcudluğunu nəzərə alaraq belə qərara gəlib ki, müsabiqədə fəxri yerlərə layiq görülən yazılarla yanaşı, digər materiallar da həvəsləndirici mükafatla qiymətləndirilsin.
Beləliklə bu gün Mətbuat Şurasında ümumilikdə müsabiqəyə təqdim olunan 72 yazının müəllifinin hər biri mükafatlandırılıb.
Müsabiqənin laureatları isə aşağıdakılardır:
I yer - 1 nəfər - 1000 manat - Səxəvət Həmid, «Mərkəz» qəzeti
II yer - 2 nəfər - 800 manat - Pünhan Əfəndiyev, Modern.az saytı
Elnur Hacıalıyev, «Azərbaycan» qəzeti
III yer - 3 nəfər - 500 manat - Ulduzə Qaraqızı, «Ekspress» qəzeti
Əfsun Sucayev, «Üç nöqtə» qəzeti
Ramiz Mikayıloğlu, «Lent.az» saytı
Müsabiqədə yer tutmayan digər bütün yazı müaəlliflərinin hər birinə 200 manat mükafat verilib.
Modern.az