Modern.az

Daha bir müsabiqədə jurnalistlər mükafatlandırıldılar – SİYAHI

Daha bir müsabiqədə jurnalistlər mükafatlandırıldılar – SİYAHI

29 Fevral 2012, 15:11

Bu gün Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Modern.az saytının məlumatına görə, mərasimdə adı çəkilən layihə  çərçivəsində keçirilən treninqlərdə iştirak etmiş jurnalistlərə sertifikatlar təqdim olunub.
Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti”  mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunub və onlara diplomlar, hədiyyələr  verilib.

Müsabiqəyə 14 yazı təqdim olunub.  Münsiflər həmin yazılar arasından aşağıdakı müəlliflərin məqalələrini qalib elan ediblər:

I yer – İsmayıl İsmayılov  “Mediaforum” saytı

II yer – Fərəh Sabirqızı Modern.az saytı
II yer Səxavət Həmid “Mərkəz” qəzeti

III yer – Vüqar Haqverdiyev Modern.az saytı
III yer – Gültəkin Knyazqızı “Azadlıq” qəzeti

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi