Modern.az

“Kaspiy” qəzeti bağlanır?

“Kaspiy” qəzeti bağlanır?

Media

15 Mart 2012, 18:55

2005-ci ildən gündəlik nəşr olunan «Kaspiy» qəzetinin bağlanması barədə xəbərlər yayılıb. Modern.az saytının məlumatına görə, bununla bağlı məlumat sosial şəbəkələrə elə «Kaspiy» qəzetinin sabiq əməkdaşları tərəfindən yerləşdirilib.

Əməkdaşımız məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün qəzetin redaksiyası ilə əlaqə saxlayıb. Baş redaktor İslam Atakişiyevlə danışa bilməsək də, telefon zəngimizə redaktor müavini cavab verib. Adını demək istəməyən redaktor müavini xəbərin həqiqətə uyğun olmadığını vurğulayaraq bu barədə dezinformasiyanın kimlərsə tərəfindən bilərəkdən dövriyyəyə buraxıldığını söyləyib. Bildirib ki, qəzet əvvəlki kimi gündəlik nəşrini davam etdirir.

«Kaspiy» 2005-ci ildən çıxır. Qəzet özünü 1881-1919-cu illərdə çıxmış eyni adlı nəşrin varisi hesab edir. Həftədə 5 dəfə, rəngli, B:2 formatında dərc olunur.


Modenrn.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi