Modern.az

“İnternet jurnalistikasının nümayəndələri məsuliyyətsizdirlər”

“İnternet jurnalistikasının nümayəndələri məsuliyyətsizdirlər”

Media

19 Mart 2012, 15:37

Bəzi internet qəzetlərin – xəbər saytlarının son vaxtlar açıq-saçıq fotosessiyalar, intim görüntülü videoroliklər yayması oxucular tərəfindən daha maraqlı qarşılanır. Daha ciddi siyasi, maarifləndirici məlumatlara maraq bu qədər olmur. Bəzi şəxslər düşünürlər ki, intim mövzuların ciddi mediaya yol tapması ictimai-siyasi əhəmiyyətli mövzuların qismən də olsa sıradan çıxmasına səbəb olur.

Modern.az media quruluşlarının rəhbərlərindən buna münasibət öyrənib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov internet jurnalistikasının nümayəndələrinin məsuliyyətsiz olduğunu bildirib. O, belə məsuliyyətsizlik hallarının Azərbaycanda da olduğunu qeyd edib: “Dünyanın heç bir ölkəsində informasiya portalları heç bir qanunverici aktla tənzimlənmir. Bir sıra ölkələrdə belə hallar həmin qurumların özlərinin yaratdıqları peşə davranış kodeksilə tənzimlənir. Bununla bağlı Mətbuat Şurası dəfələrlə müzakirə aparıb. Aprel ayında ATƏT-in xətti ilə Bakıda konfrans keçirməyi planlaşdırırıq. Azərbaycanda fəaliyyət göstərən internet jurnalistikasının vəziyyəti, peşə kodekslərinə əməl olunması məsələlərini dünyanın sayılıb-seçilən ekspertlərilə birlikdə müzakirə edəcəyik. Mətbuat Şurasının nəzdnində internet jurnalistikası ilə bağlı Məsləhət Şurası yaradılacaq. Mətbuat Şurasına daxil olan şikayətlər internet jurnalistikası ilə bağlıdırsa, həmin Məsləhət Şurasına şikayət əsas götürüləcək”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev açıq-saçıq mətnlərin yayılmasının qəti əleyhinə olduğunu deyir:
“Bir jurnalist təşkilatının rəhbəri kimi deyə bilərəm ki, bu kimi halların qarşısının alınması qeyri-mümkündür. Lakin belə informasiyalar həmişə cəmiyyət üçün maraqlı olur. Çünki bir şeyi qadağan edəndə o daha maraqlı olur”.  
Şəxsi həyatla bağlı yayımlanan intim mövzulu məlumatlara münasibət bildirən Arif Əliyev bu kimi informasiyaların cinayət xarakteri daşıdığını bildirdi:
“Bu məlumatlar cinayət yolu ilə əldə olunmuş informasiyadır. Şəxsi həyata kobud müdaxilədir”.

Gültəkin Ələsgər  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi