Modern.az saytı xəbər verir ki, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli iki gün öncə yol qəzasına düşüb
Hadisə Goranboy rayonunda baş verib. Bakı-Gəncə istiqamətində hərəkət edən Pərviz Həşimlinin idarə etdiyi avtomobilin qarşısına Goran ərazisində "Nissan X-trail" markalı maşın çıxıb.
Pərviz Həşimli deyib ki, həmin maşın qoşa xətti keçərək qəflətən onun yoluna çıxıb. Nəticədə jurnalistin idarə etdiyi maşın "Nissan"a çırpılıb.
Saytımıza açıqlamasında jurnalist onu da bildirib ki, Yol Hərəkəti Qaydalarını kobud şəkildə pozan "Nissan" sahibi ona dəyən ziyanı ödəməkdən imtina edib.
Yol polisi jurnalsitin maşınına dəyən ziyanı 1500 manat civarında rəsmiləşdirib.
Modern.az