Modern.az

Bəxtiyar Sadıqov: “Qoy ANS sübut etsin ki, “Toy olsun” mənəviyyatlı verilişdir”

Bəxtiyar Sadıqov: “Qoy ANS sübut etsin ki, “Toy olsun” mənəviyyatlı verilişdir”

Media

9 Aprel 2012, 17:32

“Azərbaycan” qəzetinin baş redaktoru mövqeyində israrlıdır

Deputat Bəxtiyar Sadıqovun bir neçə gün öncə baş redaktoru olduğu “Azərbaycan” qəzetində bəzi televerilişlərin tənqidinə həsr etdiyi məqaləsi böyük əks-səda doğurub. B.Sadıqov köşə yazısında “Onun yarısı”, “Toy olsun”, “Ay Zaur” kimi əyləncəli verilişləri milli-mənəvi dəyərlərə zidd hesab edərək onların bağlanmasını istəyib. Bu məsələ ətrafında mübahisələr böyüyür.

Baş redaktorun səsləndirdiyi fikirlərə telekanallardan etiraz gəldi. Məsələn, ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bildirib ki, o qədər də oxunaqlı olmayan qəzet rəhbərinin bu cür sözlər işlətməsi yersizdir.

“Mais Məmmədovun dediyi fikirlərə münasibət bildirmək istəmirəm. Yaşlı, ağsaqqal adamdır, bunu rəva bilib demək onun işidir”.

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov qarşı tərəfin fikirlərinə cavab olaraq deyib. O qeyd edib ki, qəzetin oxunaqlı olub-olmamağının məsələyə heç bir dəxli yoxdur.

“Mən deyirəm ki, veriliş mənəviyyatsızdır. Sən də sübut et ki, “Toy olsun” verilişi mənəviyyatlıdır, gərəklidir. Bunun əvəzinə isə deyirsən ki, “sənin qəzetin oxunaqlı deyil. O yaşlı adamdır və mən onunla mübahisəyə girmək istərmirəm”-deyə baş redaktor bildirib.

Hərənin öz dünyagörüşü və daxilində azərbaycançılıq ideyasının olduğunu deyən Bəxtiyar Sadıqov bildirib ki, kim hadisəyə necə yanaşır və qiymət verirsə, bu onun daxili mahiyyətindən doğur.

“Bu onun dünyagörüşü və mənəviyyatıdır. Buna görə mən ona heç bir cavab vermək istəmirəm”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi