Modern.az

ARDNŞ əməkdaşları iki jurnalistə divan tutdu

ARDNŞ əməkdaşları iki jurnalistə divan tutdu

Media

18 Aprel 2012, 15:29

“Ayna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva döyülüblər

Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalist – “Aynna-Zerkalo” və “Yeni Musavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi qələmə verən şəxslər tərəfindən döyülüb.
Modern.az bildirir ki İdrak Abbasovun sökülən evləri videoya çəkməsi həmin adamları qəzəbləndirib və onlar jurnalistlərə hucum ediblər. Zərbələrdən İ.Abbasov huşunu itirib və o hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva da döyülüb. Sulutəpədə sökülən evlərlə bağlı reportaj hazırlayan jurnalisti Dövlət Neft Şirkətinin əməkdaşları döyüb. Qoluzorlular Günay Musayevanın üzünə yumruq zərbələri endiriblər, jurnalist huşunu itirib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama