Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun döyülməsini pisləyən açıqlama ilə çıxış edib. Deputatı bildirib ki, “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun peşə fəaliyyətini yerinə yetirərkən ARDNŞ-nin əməkdaşları tərəfindən döyülməsini qətiyyətlə pisləyir:
“Qeyd etmək istəyirəm ki, son vaxtlar bəzi dövlət orqanlarının əməkdaşları tərəfindən bu cür halların baş verməsi həmin qurumların və onların rəhbərlərinin, eyni zamanda ümumilikdə Azərbaycanın imicinə xələl gətirir.
Mən jurnalist İdrak Abbasovun döyülməsi ilə bağlı faktın ARDNŞ-nin rəhbərliyi tərəfindən araşdırılacağına əmin olmaqla bərabər, həm də hüquq-mühafizə orqanlarından peşə fəaliyyətini yerinə yetirən jurnalistə zor tətbiq edən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edirəm”.
Modern.az