Aprelin 28-də Modern.az saytının sabiq əməkdaşı, “Yeni Müsavat”ın xanım müxbiri Günay Musayevanın toy mərasimi olub. Günay xanım və Fariz Namazov bu gün dünya evinə qədəm qoyublar. Yeni ailə həyatı quran cütlüyün toyu Sumqayıtdakı “Dədə Qorqud” şadlıq sarayında olub.
Maraqlı məqamlarla yadda qalan toyda Günay xanım və Fariz bəy ənənəvi gəlin və bəy geyimi ilə yanaşı, milli geyimlə də iştirakçılar qarşısına çıxaraq mərasimə gələnlərə xoş anlar bəxş ediblər. Modern.az cütlüyü təbrik edir, onlara ailə sevinci arzu edir.
Allah xoşbəxt eləsin!
Modern.az