Tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev ata olub.
Modern.az saytının məlumatına görə, M.Ağayevin xanımı, ANS-in “İç xəbər” proqramının aparıcısı Səbinə Heydərovanın mayın 14-nə keçən gecə “Neftçilər” Xəstəxanasında dünyaya gətirdiyi körpə qız uşağıdır.
Xəbəri Modern.az-a Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri də təsdiqləyiblər.
3 kq 400 qram çəkisi olan körpə “keysəriyyə əməliyyatı” ilə dünyaya gəlib. Valideynlər körpəyə hələ ad verməyiblər.