Modern.az

ATV-nin təsisçiliyi də İbrahimovlardan alındı

ATV-nin təsisçiliyi də İbrahimovlardan alındı

15 May 2012, 18:15

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbərliyində baş verən dünənki dəyişiklik böyük əks-səda doğurdu. ATV-nin prezidenti Tağı İbrahimov, habelə onun qardaşı, teleşirkətin vitse-prezident Natiq İbrahimov tutduqları vəzifədən kənarlaşdırıldılar.

Amma ATV-də hadisələr bu dəyişikliklə yekanlaşmayıb. Belə ki, Modern.az saytının bu gün etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi də artıq İbrahimovlar ailəsindən alınıb. Məlumatda konkret olaraq bildirlir ki, “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiliyi Tağı İbrahimovdan geri alınıb. Yeni təsisçinin kim olduğu barədə saytımıza məlumat verilsə də, onu tam dəqiqləşdirə bilmədiyimizdən kimliyini hələki açıqlamaq istəmədik.

Modern.az təsisçiliyin İbrahimovlardan alınması məsələsinə münasibət öyrənmək üçün ATV-nin sabiq vitse-prezidenti Natiq İbrahimovla əlaqə saxlayıb. Maraqlıdır ki, Natiq İbrahimov Modern.az-a açıqlamasında bu xəbərin həqiqətə uyğun olmadığını deyib: “Tağı müəllim təsisçilikdə qalır, bu xəbər yalandır”.

Özünə gəldikdə isə ATV-dən birdəfəlik getdiyini vurğulayan Natiq İbrahimov bundan sonra bizneslə məşğul olacağını qeyd edib: “İşdən çox iş var, yəqin ki, bundan sonra bizneslə məşğul olacam”.

Qeyd edək ki, dünən günün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da (Tağı İbrahimovun qardaşı) ATV-də baş vermiş kadr dəyişikliyinə münasibət bildirmişdi. O, dünənədək “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçilərinin onun ailə üzvləri olduğunu söyləmişdi...

Təsisçiliyin İbrahimovlardan alındığı barədə məlumat verən mənbə isə məhz Vüqar Qaradağlının ATV rəhbərliyinə təsadüfən gətirilmədiyini vurğulayıb.

 Sevinc İLTİFATQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi