“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Modern.az xəbər verir ki, bu vəzifəyə Nərgiz Rəfiyeva gətirilib.
Qeyd edək ki, N.Rəfiyeva daha əvvəl özəl şirkətlərin birində PR-meneceri vəzifəsində çalışıb.