Azərbaycan Jurnalistlər Birliyi həftəsonu “Avropa” otelində Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bir qrup jurnalisti Zərdabi mükafatı ilə təltif edib. Qaliblər aşağıdakı qələm sahibləri olublar:
Xədicə İsmayılova (“Azadlıq” radiosu), Sevinc Telmanqızı (“Yeni Müsavat”), Sevil Yusifova (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası), Qəmər Cavadlı (BDU), Səidə İbrahimli (İctimai TV), Etibar Babayev (AzTV – Media Akademiyasının rəhbəri), Etibar Cəbrayıloğlu (“Ədalət” qəzeti), Emin Müsəvi (ATV), Rüstəm Məlikov.