“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonun Armudlu yaylağında “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” keçirilir.
Tədbirdə iştrak etmək üçün bir qrup jurnalist Bakıdan Gürcüstana gedib. Bu barədə “Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidməti Modern.az-a məlumat verib. Cəmiyyətdən bildirilib ki, bu gün keçiriləcək tədbirdə jurnalistlər Seymur Verdizadə (“Reytinq”), Asif Mərzili (“Təzadlar”), Rufik İsmayılov (“Kaspi”), İmdad Əlizadə (“Mediaforum”), İlham Məmmədli (“Bütöv Azərbaycan”), Dayandur Sevgin (“Türküstan”), Aqil Aslan (“Ekspress”), Sevinc İltifatqızı (Modern.az) da iştirak edəcək. Bundan başqa elat günlərinə Türkiyədən gələn jurnalistlər, könüllü qonaqlar, iş adamları da qatılacaqlar.