Modern.az

Quzey Kıbrısın təmsilçisi Modern.az-la vidalaşıb - FOTO

Quzey Kıbrısın təmsilçisi Modern.az-la vidalaşıb - FOTO

1 Avqust 2012, 11:41

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlunun Azərbaycanda səlahiyyət müddəti başa çatır. Bunun əlaqədar olaraq vida görüşləri keçirən Z.Qazioğlu dünən Modern.az saytını ziyarət edib.

Azərbaycanda olduğu 6 ildə hər zaman medianın diqqəti və dəstəyi ilə fəaliyyət göstərdiyini nəzərə çatdıran təmsilçi, Modern.az saytına bununla bağlı təşəkürünü çatdırıb Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Quzey Kıbrısın Azərbaycan mediası üçün doğma ölkə olduğunu vurğulayıb və media dəstəyinin hər zaman olacağını deyib. O, Z.Qazioğluna növbəti diplomatik işində uğurlar arzulayıb.
Qeyd edək ki, Z. Qazioğlunun Azərbaycandakı vəzifəsini Sadəddin Topukçu davam etdirəcək.  
(Z.Qazioğlunun saytımıza geniş müsahibəsini tezliklə təqdim edəcəyik).
 


Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi