Modern.az

İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI

İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI

25 Yanvar 2021, 13:54

Amerikada yaşayan türkiyəli tanınmış jurnalist İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə geri döndü.

Bu barədə Modern.az-a İrfan Sapmaz özü məlumat verib. O qeyd edib ki, bundan sonra İxlas Xəbər Agentliyinin Amerikadakı təmsilçisi kimi işləyəcək:


“Agentliyin nəzdində TGRT Xəbər Televiziyasının Amerika Birləşmiş Ştatlarındakı təmsilçisi kimi fəaliyyətimi davam etdirirəm. Artıq Amerikada yaşadığım ikinci ildir. Bundan sonra TGRT Xəbər olaraq, ABŞ-dakı hadisələri Türkiyə cəmiyyətinə çatdıracağıq. Eyni zamanda, İxlas Xəbər Agentliyi olaraq, gündəmi çox yaxından izləyirik. Bildiyiniz kimi, Amerikada Konqres binasına hücum olduğu zaman TGRT Xəbər vasitəsilə Türkiyə bunu canlı izlədi. Fəaliyyətimiz bu istiqamətdə davam edəcək”.


Qeyd edək ki, İrfan Sapmaz Qafqaz, Orta Şərq, Orta Asiya və Cənub-şərqi Asiyada baş vermiş müxtəlif müharibələrdə müxbirlik edib. Son olaraq TGRT televiziyasında yayımlanan “Jurnalist” adlı proqramın müəllifi olub. Bundan başqa, həmin televiziyada “Analiz” adlı portalda köşə yazarlığı və TGRT Xəbərdə aparıcılıq da edib. Sapmaz daha sonra 6 adlı xəbər kanalına rəhbərlik etmək üçün TGRT kanalından ayrılıb.

20 yanvar, Xocalı soyqırımı və Kabilin bombardman edilməsini işıqlandıran ilk jurnalistlərdən olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI