Modern.az

Azərbaycanlı jurnalist Türkiyə vətəndaşı ilə evlənir

Azərbaycanlı jurnalist Türkiyə vətəndaşı ilə evlənir

Media

14 Avqust 2012, 17:41

ANS-in keçmiş aparıcısı, hazırda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərifin sentyabrın 5-də toyudur. Bu faktı jurnalistin özü Modern.az-a açıqlamasında təsdiqləyib.

Məhsəti Şərif əməkdaşımıza bildirib ki, Türkiyə vətəndaşı Rəmzi Özyüreklə ailə həyatı quracaq. “Toy sentyabrın 5-də Azərbaycanda “Sonalar sonası” restoranında, Türkiyədə isə sentyabrın 15-də nikah olacaq”. Məhsəti Şərif tanışlığının təsadüfi olduğunu qeyd edib.
“5-6 ay bundan qabaq tanış olmuşuq. Yəni elə də uzun sevgi dastanı olmayıb. İkimiz də yetkin insanlarıq və evlənməyə də ağılla qərar verdik”.

Gələcək həyat yoldaşının Türkiyənin özəl şirkətlərinin birində çalışdığını deyən M.Şərif evləndikdən sonra İstanbulda yaşayacağını bildirib.


“Toy üçün isə hələ dəvətnamələr paylanmayıb, bu ayın 20-dən sonra hər kəsə veriləcək. Uzun müddət bu sahədə olduğum üçün toyda böyük jurnalist ordusu olacaq. Bunların içərisində ANS-in keçmiş və hazırkı işçiləri də yer alacaq”,-deyə jurnalist qeyd edib.

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi