Modern.az

Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb

Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb

1 Fevral 2021, 15:04

Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, iclasda bildirilib ki, bu sənəd qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir.

 

Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

Müzakirələrdən sonra memorandum layihəsi səsə qoyularaq qəbul edilib

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI