Tanınmış jurnalist Seymur Verdizadənin elektron poçt ünvanı naməlum şəxslər tərəfindən sındırılaraq, parolu ələ keçirilib. S.Verdizadə Modern.az saytına bildirib ki, parolu ələ keçirən şəxslər onu dəyişdirdiklərinə görə, bir həftədən çoxdur elektron ünvanına daxil ola bilmir.
Jurnalistin sözlərimə görə, o, elektron poçtunun işləməməsini əvvəlcə texniki problem zənn edib. Amma müraciət etdiyi İKT mütəxəssisləri S.Verdizadəyə deyiblər ki, onun parolu naməlum şəxslər tərəfindən ələ keçirilib. O da məlum olub ki, elektron poçtu geri almaq mümkünsüzdür. Bundan sonra jurnalist özünə yeni elektron poçt yaratmaq məcburiyyətində qalıb.
S.Verdizadə həmkarlardan xahiş edib ki, ona ünvanladıqları məktubları bundan sonra
[email protected] ünvanına göndərsinlər.
Modern.az