Modern.az

Hansı redaksiyalar məzuniyyətdən qayıtdı, hansıları məzuniyyət yolunu gözləyir?

Hansı redaksiyalar məzuniyyətdən qayıtdı, hansıları məzuniyyət yolunu gözləyir?

18 Avqust 2012, 12:01


İsti yay günlərində həm dövlət, həm də özəl müəssisələrdə çalışan işçilər növbəti mövsümdə daha bol enerji ilə işləmək üçün istirahətə getməyə tələsirlər. İlin hər fəslində materiallar toplayan mətbu orqanların isə bəziləri hissə-hissə, bəziləri kollektiv şəkildə məzuniyyətə yollanırlar. Modern.az hansı KİV-in məzuniyyətə çıxacağını, hansılarının isə artıq məzuniyyətdən qayıtdığını  öyrənmək üçün kiçik bir sorğu aparıb:

İyul ayının 16-dan məzuniyyətdə olan “Mediaforum”un kollektivi artıq 16 avqustdan  fəaliyyətə başlayıb.

“Bizim yol” qəzetinin əməkdaşları isə gələn həftədən kollektiv şəkildə istirahətə çıxacaqlar.

“Yeni Azərbaycan” qəzetinin əksər işçiləri hələ ki məzuniyyətdədirlər.

“Olaylar” qəzetinin əməkdaşları iyun, iyul aylarından məzuniyyətə çıxıb, hazırda bütün işçilər işlərini davam etdirirlər. Qəzet işçiləri üçün istirahət müddəti artıq bitib.

“Səs” qəzetinin kollektivi hələ də məzuniyyətdədir. Sentyabrın 1-ə kimi kollektiv məzuniyyətdən qayıdacaq.  

“Kaspi” qəzeti avqustun 3-dən etibarən həftədə bir dəfə çap olunur. Qəzet yalnız həftənin şənbə günləri "Ədəbiyyat" əlavəsi ilə birgə çıxır. Bu proses yay mövsümü ilə əlaqədar olaraq, sentyabrın 3-nə kimi davam edəcək. Bununla əlaqədar işçilər üçün iş qrafiki tərtib olunub. Hər bir işçi növbə ilə həftənin cümə günləri işə gəlir. Ancaq redaktor və müavinləri bu ay 3-4 gün işə çıxacaqlar.

“Xalq Cəbhəsi”nin işçiləri artıq məzuniyyətdən qayıdıblar və iş başındadırlar. Bundan sonra yalnız qəzetin baş redaktoru istirahətə çıxacaq.  

Yay fəsli ilə əlaqədar 4 səhifəyə keçən “525-ci qəzet”in kollektivi sentyabr ayından etibarən qəzeti 8 səhifədə çıxacaq. Kollektiv şəkildə yox, amma hissə-hissə qəzetin bəzi əməkdaşları istirahətə çıxıblar. 

“Şərq” qəzetinin də əməkdaşları tam yox, növbəli şəkildə məzuniyyətə çıxırlar. Qəzetin bəzi əməkdaşları məzuniyyətdədir. 

Gün.az saytının əməkdaşları da digər həmkarları kimi növbəli sistem əsasında istirahətə çıxırlar. İstirahət üçün məzuniyyət götürənlər olub və hələ də olacaq.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi