Modern.az

Xanım jurnalistlərin layla və bayatılar barədə bildikləri..., onları övladlarına oxuyacaqlarmı?

Xanım jurnalistlərin layla və bayatılar barədə bildikləri..., onları övladlarına oxuyacaqlarmı?

Media

27 Avqust 2012, 11:54

Azərbaycan folklorunun bayatılar və laylalar kimi nümunələri əsrlərlə insanların dillərində əzbər olub, yaşadılıb, nəsildən-nəsilə ötürülüb. Yaşlı baba-nənələrimizlə söhbətlər əsnasında onların çoxlu bayatı və laylalar bildiklərinin şahidi oluruq. Müşahidələr göstərir ki, hər sonrakı nəsil bayatı və laylaları tədricən unudur.
Bu gün bayatı və laylalar öz dəyərini nə dərəcədə qoruyub saxlaya, davam etirə bilir?  Modern.az-ın əməkdaşı bununla bağlı bir neçə xanım jurnalistin fikrini oyrənib. Müxtəlif yaşda olan, gələcəyin anaları layla və bayatılar barədə fikirlərini bizimlə bölüşüblər.
 
«Aznews.az» saytının əməkdaşı Sevinc Fədai deyir ki, şifahi xalq ədəbiyyatından ən çox sevdiyi nümunələr bayatı və laylalardır.
“Laylaları ona görə çox sevirəm ki, onlar dünyanın ən məsum varlıqlarına - uşaqlara oxunur, bu sözlər ananın ürəyindən gələn ən gözəl hissləri əks etdirir. Ana laylasından əziz heç nə yoxdu ona görə”.  Sevinc Fədai təəssüf edir ki, müasir dövürdə analar uşaqlarını digər musiqilərlə, həttda əcnəbi mahnılarla böyüdür. Jurnalist laylaların ən gözəl nəğmə və mənəvi tərbiyə olduğunu qeyd edib. Deyib ki, bir neçə dəfə hansısa yaxınının körpəsini yatızdırmaq onun öhdəsinə düşüb və bu zaman öz laylalarımızı zümzümə edib və gələcəkdə də belə edəcək.

“Bizim Yol” qəzetinin əmakdaşı olan Sevinc Vaqifqızı deyir ki, uşaqlığında xeyli layla və bayatı bilsə də, artıq onları unudub. İndi jurnalist heç bir bayatı və laylanı əzbərdən söyləyə bilmir.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı bu gün laylaların unudulmasından şikayətlənib. Onun sözlərinə görə, qədim ənənə olan bayatılarla bağlı təbliğatın yoxluğu unutqanlığa səbəb olur. Jurnalistin fikrincə, yaxşı olardı bu məsələnin təbliği ilə bağlı müəyyən tədbirlər görülsün.
Özünün bildiyi laylanı bizimlə bölüşən C.Səlimqızı buna görə anasına borclu olduğunu deyib.
 
Modern.az saytının əməkdaşı Sevinc İltifatqızı layla və bayatılar haqqında fikirni bölüşərkən   bildirib ki, “artıq onlar keçmişdə qalıb, indi müasir cəmiyətdə yaşayırıq”. Həmkarımız klassik musiqiləri daha çox sevdiyini vurğulayıb. ”Mən gələcəkdə övladlarımı layla və bayatılarla deyil, klassik musiqilərlə böyüdəcəm, Bethovon və Motsart kimi bəstəkarların musiqiləri ilə…”.
 
“Qafqazinfo”nun əməkdaşı Aynur Baxşəlıyeva sualımıza laylalarla cavab verib. Gənc olmasına baxmayaraq, jurnalist xeyli bayatı bilir. Onun fikrincə, insan həyatını kor-koranə yaşamamalı,  cəmiyyətə fayda verməli, hər bir elm barədə məlumatlı olmalı, eləcə də nəsillərdən ötürülən bayatı və laylaları da bilməlidir: “Hər kəs fəxr etməlidi ki, Azərbayacanın bu cür lirik və gözəl müsiqiləri, nəğmələri var”.
Həmkarımız məsələnin digər tərəfinə diqqət çəkib: “Əvvəllər analar uşaqlarını yatızdırmaq, oxşamaq üçün laylalar deyirdilər. İndi isə uşaqlar hər cür musiqi ilə yatızdırılır. Bu da uşaq psixologiyasına, onun inkişafına pis təsir edir”.
 
“Lent.az”ın əməkdaşı Jalə Məmmədli bayatıların onun üçün müqqədəs olduğunu deyib: “Əbəs yerə demirlər ki, dünyada ən gözəl nəğmə, bəstə ana laylasıdı”. Jalə xanım çoxlu bayatı və layla bilir: “Mən bilmirəm anam mənə layla deyibmi, amma indi qardaşım qızına layla deyəndə qulaq asıram və bu mənə zövq verir”. 
Jalə Məmmədli bir maraqlı məqama da diqqət çəkərək bildirib ki, həkimlərin dediyinə görə, ananın uşağa layla oxuması onun  sağlamlığına bilavasitə müsbət təsir edir.
Jurnalist təəsüflə vurğulayıb ki, əvəllər orta məktəb dərsliklərində layla və bayatılara geniş yer verilirdisə, indi belə deyil: “Mən orta məktəbdə oxuyanda layla və bayatıları da öyrənirdik. Amma indi məncə maraq yoxdur. Halbuki, bizim milli folklorumuz çox zəngindir. Çalışmalıyıq onu yaşadaq, təbliğ edək“.
 
“Yaşıl Qafqaz” jurnalının redaktoru  Arzu Abdulla deyib ki, uşaqlıqdan bayatılara marağı var. ”Əslində bayatılar fikri yığcam və daha konkret catdırmaq üçün düşünülümüş ədəbi jandrdır” -deyən Arzu xanım bildirib ki, insanlar müxtəlidir, fikirlər, yanaşmalar rəngarəngdir deyə, bayatıların hamısında məntiq axtarmaq yersizdir. Arzu Abdulla bayatıların maraqlı tərəflərini belə qeyd edir:

“Məsələn:
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı. 

Belə çıxır ki xoş günündə qərib ellərdə kef elə, öləndə özünü vətənə çatdır ki, filan qədər torpağı da "zanit" edəsən? Axı vətəni xoş günündə də anmaq lazımdır. Vətəni cənnətə çevirmək gərəkdir ki, o cənnəti başqa yerdə axtarmayasan”.

Daha hikmətli bayatılarımızın çox olduğunu vurğulayan Arzu Abdulla əlavə edib:

“Bu qala bizim qala,
Daşları düzüm, qala.
Tikmədim mənim olsun, 
Ttikdim ki izim qala.

Bu xırda şeir parçasında nə boyda hikmət, humanizm gizlənib. Böyük ürək sahibi olmalısan ki,  özünü yox, bu gününü yox, həm də başqalarını və sabahını düşünəsən”.

Laylalara qarşı isə içində bir kədər olduğunu deyən Arzu Abdullanın sözlərinə görə, onları heç vaxt sevməyib: “Uşaqlıqda mənə layla çalanda, mən ağlayırmışam. Mən də ana olanda övladıma layla  oxumayacam. İstəmərəm ki, mənim balam anasının, doğma insanının kədərli səsini eşitməklə gözlərini yumsun. Bunu bacarmaram”.

Məltəm Talıbzadə  

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU