Modern.az

Azərbaycanlı jurnalist Türkiyə mətbuatına müraciət etdi

Azərbaycanlı jurnalist Türkiyə mətbuatına müraciət etdi

Media

3 Sentyabr 2012, 11:01

Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiya edilib, daha sonra azadlığa buraxılması dünya mətbuatında birmənalı şərh olunmur. Qardaş Türkiyə mətbuatında azərbaycanlı zabitlə bağlı erməni mətbuatında yayılan fikirlərə geniş yer verilməsi isə xüsusilə təəssüf doğurur.
Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, publisist Ağanisə Sultanova Türkiyə mətbuatına müraciət edib.

Modern.az onun müraciətini təqdim edir:

“Azərbaycanla bir millət - iki dövlət olan Türkiyə mətbuatını, bəzi qəzetləri izlədim. Qardaş Türkiyə mediasının azərbaycanlı zabit Ramil Səfərovun məhkumluqdan xilas olması ilə bağlı xəbərlərində şərəfsiz erməni mətbuatından “qaynaqlanmasından” çox utandım və məyus oldum. Böyük Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə kədərimizdir” demişdi. Azərbaycanın milli lideri Heydər Əliyevin “Bir millət - iki dövlət” deyimi isə artıq Türk dünyasında iz buraxan ifadəyə çevrilib. Niyə belə bir səhv etdiniz? Ramil məhkum həyatı yaşadığı zamanda tək Azərbaycanın deyil, öz iradəsi, böyüklüyü, ayaqda durmağı ilə Türk dünyasının da müdafiəsində idi və mübarizə aparırdı. Türkiyədə çoxsaylı, hörmət etdiyim televiziyaçı, qəzetçi dostlarımdan, müəllimlərimdən, məşhur şəxslərdən - Arslan Küçükyıldız, Mehmet Ali Birand, Abddülhamid Avşar, Adnan Fişenk, Cəlal Çevirgenden bu suala cavab istəyirəm: BU SƏHV ADDIM NEÇƏNCI DƏFƏ, NIYƏ ATILIB? Erməni vəhşiliyi nəticəsində yüzlərlə türk diplomatı, minlərcə insan qətl edildi. Niyə Türkiyənin bəzi qəzetləri, dərgiləri erməni mətbuatından qaynaqlanır?”
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi