Modern.az

Tanınmış aparıcı “Lider” telekanalından çıxdı

Tanınmış aparıcı “Lider” telekanalından çıxdı

5 Sentyabr 2012, 18:56

“Lider” TV-in xəbərlər proqramının aparıcısı, tanınmış telejurnalist Günay Yelmarqızı telekanalla yollarını ayırıb.

Modern.az xəbər verir ki, xanım aparıcı “525-ci” qəzetin müxbirilə söhbətində xəbəri təsdiqləyib. O, yeni iş yerinin yaxın günlərdə bəlli olacağını bildirib:

“Hələlik bir qədər istirahət haqda düşünürəm. “Lider” TV-dən xoş münasibətlə ayrılmışam. Kanal rəhbərliyi ilə heç bir problemim yoxdur. Mənim İTV yaxud da “ATV” kanalına keçəcəyimlə bağlı yayılan xəbərlər isə doğru deyil”.

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi