Modern.az

Əflatun Amaşov: “30-a yaxın jurnalist maşınına press-kart verilib”

Əflatun Amaşov: “30-a yaxın jurnalist maşınına press-kart verilib”

Media

15 Sentyabr 2012, 10:05

“Mətbuat Şurası həm jurnalistlər, həm redaksiyalara məxsus olan avtomobillər üçün press-kartlar hazırlayır. Jurnalistlərə 150-yə yaxın press-kart verilib”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bu gün jurnalistlərin əksəriyyətinə press-kartların verilməməsini onlarla hələ də əmək müqaviləsinin imzalanmaması ilə izah edib.

“Bundan əlavə bəzi məqamlarda hadisə yerinə yollanan jurnalist maneələrlə rastlaşır. Belə olan məqamda biz redaksiyalara məxsus olan, onların sifarişlərini yerinə yetirən maşınlar üçün press-kartların tətbiqinə başladıq. Bizimlə ilk əvvəl 2007-ci ildə Daxili İşlər Nazirliyinin rəhbərliyi arasında razılıq olmuşdu ki, həmin kartlar olan maşınlar fövqəladə hallar baş verirsə, hadisə yerinə buraxıla bilsinlər”.

Bununla belə, şura sədri maşınlar üçün verilən press-kartların da sayının az olduğunu qeyd edib. “Təəssüf ki, belə press-kartlar da azlıq təşkil edir. Haradasa 30-a yaxın maşına press-kart verilib”.

Aytən Əliyeva  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi