Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova bir illiyə Azərbaycandan gedir. Modern.az xəbər verir ki, bu barədə Samaya Məmmədovanın özü məlumat verib. O qeyd edib ki, bir il müddətində təhsili ilə əlaqədar İngiltərəyə gedəcək. Bu müddət ərzində isə S.Məmmədovanı Qabil Mehdiyev əvəz edəcək.
Qeyd edək ki, Qabil Sabir oğlu Mehdiyev 1998-ci ildən 2000-ci ilədək «Super Sport» qəzetində müxbir və şöbə müdiri vəzifələrində çalışıb. 24 mart 2000-ci il tarixdən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İdman” qəzetində baş redaktor vəzifəsində çalışır.
2009-cu ilin fevralından işıq üzü görən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi” aylıq idman bülleteninin redaktorudur. Hazırkı vəzifəsi ilə paralel olaraq, 2002-2005-ci illərdə “Turizm yenilikləri” qəzetinin redaktoru olub.
2005-2006-cı illərdə hərbi xidmətlə əlaqədar olaraq, Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində hərbi müxbir vəzifəsində xidmət keçib. Hazırda baş leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabitdir.
Yeni Azərbaycan Partiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Beynəlxalq İdman Jurnalistləri İttifaqının (AIPS) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2009-cu il tarixli 658 nömrəli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Aytən ƏLİYEVA