Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, “Vahid Rusiya” Partiyasından seçilən deputat Boris Reznik təhlükəli araşdırmalar aparan jurnalistlərə silah verilməsi təklifi ilə çıxış edib. Reznik hesab edir ki, Rusiyada jurnalistlərin təhlükəsizliyi məsələsi çox pisdir. “Belə ki, burada jurnalistləri qaynar bölgələrdən olanlardan daha tez-tez öldürülür. Son 10 ildə 300 nəfər öldürülüb, bundan əlavə, bu peşənin sahiblərinə hücumlar təşkil edilir”.
Deputat təklif edir ki, jurnalistlərin araşdırdıqları hansısa yazını çap etməyə və ya tapdıqları faktı açıqlamağa qoymayan insanlardan qorunması üçün silah verilməlidir. “Araşdırmaçı jurnalistlərə heç kimi təəccübləndirməyən pnevmatik tapançalar deyil, həqiqi odlu silah vermək lazımdır. O cümlədən jurnalistləri silahdan istifadə etmək qaydalarını da öyrətmək lazımdır”. Azərbaycanda da jurnalistlər yazdıqları mövzulara uyğun hücumlara məruz qalır, hətta bəziləri də öldürülür. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsi, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması və s. buna misaldır. Bunu nəzərə alaraq ölkəmizdə təhlükəli araşdırmalar edən jurnalistlərə silah verilməsi mümkün ola bilərmi?