Modern.az

“Mən ANS-də qalıram, amma...” - Ulvira Qarayeva

“Mən ANS-də qalıram, amma...” - Ulvira Qarayeva

24 Sentyabr 2012, 17:38

Modern.az-a açıqlama verən qalmaqallı “İkinci həyat” verilişinin aparıcı Ulvira Qarayeva bildirib ki, o efirdə görünməsə belə, ANS-də işləyir. Xanım teleaparıcının yenidən efirdə görüb-görünməməyinə gəlincə, Ulvira Qarayeva qeyd edib ki, bu qərarı yalnız ANS rəhbərliyi verə bilər.

  ANS-də bu gün keçirilən iclasın “İkinci həyatla” bağlılığını U.Qarayeva təkzib edib. “Olduğum iclas bu məsələyə aid deyildi”.

  Qeyd edək ki, Milli Teleradio Şurasının (MTRŞ) ANS-yə məlum xəbərdarlığından sonra “İkinci həyat” verilişində etik normalardan uzaq ifadələrə yol verilməsi proqramın bağlanmasına səbəb olub və proqramın yaradıcı heyəti işdən çıxarılıb.  

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi