Modern.az xəbər verir ki, Aznew.az saytının rəhbərliyində dəyişiklik baş verib. Saytın baş redaktoru İradə İsaq və baş redaktorun müavini Yaşar İsaakov istefaya göndərilib. İki gün əvvəl baş redaktorun yerinə Nahid Canbaxış təyin edilib. Lakin bu gün yeni baş redaktor təyin edilib – Day.az Radionun keçmiş direktoru Vüsalə Məmmədova.
Sayt rəhbərliyində dəyişikliyin səbəbi bilinmir. Lakin Modern.az-a verdiyi açıqlamada keçmiş baş redaktor İradə İsaq bildirib ki, ona saytla televiziyadakı fəaliyyətində seçim etmək təklif olunub:
“Yaşar İsaakova gəldikdə isə o mənim neçə illik dostumdur. Təbii ki, mən gedirəmsə, Yaşar İsaakov da orada qalmayacaq. O özü deyibdi ki, “İradə xanım, siz hara məndə ora”. Saytdan getməyimin səbəbi odur ki, mənim qabağıma şərt qoyulur ki, ya televiziya, ya da ki, sayt. Mən isə televiziya jurnalistiyəm. Mənim üçün TV daha önəmlidir. Vüqar Qaradağlının dəvətindən sonra onun təklifini yarımçıq qoyub heç yerə getmərəm. Baxmayaraq ki, saytın adını da mən qoymuşdum. Saytı da böyük məhəbbətlə sevirəm. Amma televiziyanı heç zaman heç nəyə dəyişmərəm”.
İ. İsaq və Y. İsaakovun gedişini yaradıcı kollektiv yeni təyinatı narazılıqla qarşılayıb. aznew.az saytında istefalar gözlənilir.
Şahanə Rəhimli