Modern.az

Jurnalistlər Azərbaycandakı tarixi muzeyləri ziyarət edəcəklər

Jurnalistlər Azərbaycandakı tarixi muzeyləri ziyarət edəcəklər

5 Oktyabr 2012, 11:28

Parlament Jurnalistlər Birliyinin(PJB) üzvləri yaxın vaxtlarda Azərbaycandakı muzeylərə baş çəkəcəklər. Bu barədə Modern.az-a qurumun rəhbəri Elşad Eyvazlı məlumat verib. O, qeyd edib ki, jurnalistlərin  muzeyləri ziyarət etməsində əsas məqsəd ölkə muzeylərindəki vəziyyəti cəmiyyətin diqqətinə çatdırmaqdır: “Maraqlıdır ki, Azərbaycanda fəaliyyət göstərən muzeylər Azərbaycanın tarixini, digər sahələrə bağlı olan məsələləri əcnəbilərə necə çatdırır. Azərbaycan muzeylərində saxlanılan eksponatların vəziyyəti necədir. Bununla bağlı biz muzeyləri ziyarət edəcəyik”.

E. Eyvazlı əlavə edib ki, bu təklif yalnız PJB üzvləri tərəfindən deyil, quruma üzv olmayan jurnalistlər tərəfindən də dəstəklənib: “Artıq yaxın vaxtlarda buna start verəcəyik. Ayrı-ayrı muzey rəhbərləri ilə bununla bağlı danışıqlara başlanılıb”.

Nihadə Eyyubova
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi