Oktyabrın 14-də yağan yağış qəzetimizin redaksiyasına yenə ciddi ziyan vurub.
Bu barədə Modern.az saytına “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov məlumat verib.
O, qeyd edib ki, redaksiyasının yerləşdiyi Azərbaycan Nəşriyyatının dam örtüyünün dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciətlərinə baxmayaraq hələ də təmir başlamayıb: “Bunun nəticəsidir ki, hər dəfə yağışdan sonra redaksiyanın otaqları gölməçəyə dönür. Sentyabrın 24-də olduğu kimi redaksiyanın otaqları su ilə dolub, kompüterlərlə bərabər bütün texniki sistemlər sıradan çıxıb, qəzetin əmlakına ciddi maddi ziyan dəyib”.
Modern.az