Azərbaycan Dövlət Televiziyasının Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri Aida Eyvazlı oktyabrın 15-də növbəti ad gününü qeyd edib.
Modern.az xəbər verir ki, tanınmış telejurnalistin ad gününə Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi də biganə qalmayıb. Belə ki, A.Eyvazlı bu ölkədəki səfirliyimizə dəvət olunaraq, doğum günü münasibətilə təbrik edilib. Tədbirdə Azərbaycanın Özbəkistanakı səfiri Namiq Abbasov da iştirak edib, Aida Eyvazlını öz adından təbrik edib.