Modern.az

AzTV işdən çıxarılanlar barədə açıqlama verdi, ittihamı rədd etdi

AzTV işdən çıxarılanlar barədə açıqlama verdi, ittihamı rədd etdi

17 Oktyabr 2012, 14:25

“AzTV-nin sabiq əməkdaşı Hikmət Həsənovla imzalanan əmək müqaviləsinin vaxtı bitdiyi üçün o, işdən çıxarılıb”. Bu barədə Modern.az-a telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib:

“Hikmət Həsənov 14 ilə yaxındı ki, AzTV-də böyük mühəndis vəzifəsində çalışıb. Onun işdən çıxarılmasına səbəb televiziya ilə bağladığı müqavilənin vaxtının bitməsidir. Əmək müqaviləsinin də vaxtını uzatmaq olmaz. Başqa heç bir səbəb yoxdur”.   X.Qasım digər 3 nəfərin də televiziyadan çıxarılması məsələsinə aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər uzun müddət AzTV-də çalışan mühəndis, növbə rəisi və texniki işçidir: “Onların da işdən azad olunmalarına səbəb imzaladıqları əmək müqavilələrinin vaxtının bitməsidir”.  

AzTV sözçüsü Hikmət Həsənovun səsləndirdiyi “AzTV-də qeyri-peşəkarlar çalışır” fikrinə də münasibət bildirib : “24 saat efirdə olan bir televiziyada qeyri-peşəkarlar necə çalışa bilər!?”.  

Qeyd edək ki, özü və ailəsini Azadlıq Meydanında yandıracağını bəyan edən AzTV-nin sabiq əməkdaşı H.Həsənov prezident İlham Əliyevə üz tutub:

“Dövlət başçısından yeganə istəyim  məni qəbul etməsidir. Bu baş tutmasa, gələn şənbə günündə Azadlıq meydanında özümüzü yandırmağa qərar vermişik”, –deyə H.Həsənov müraciətində bildirib. 

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi