Modern.az

“Get ay batandan sonra gəl...” - təcrübəyə gələn tələbəyə “təklif”

“Get ay batandan sonra gəl...” - təcrübəyə gələn tələbəyə “təklif”

Media

18 Oktyabr 2012, 09:04

Jurnalistika fakültəsinin tələbələri təcrübə zamanı redaksiyalara, eləcə də telekanallara üz tuturlar. Burada isə onlar çox vaxt heç də xoş qarşılanmırlar. Adətən, redaksiyada təcrübəyə gələn tələbələr bu sayaq münasibətlə üzləşirlər: “Gedin ayın sonunda gəlib xasiyyətnamənizi götürərsiniz, ya da ki həftədə bir dəfə gəlsəniz bəsdir”. Bu isə çox vaxt tələbələrin narazılığı ilə qarşılanır.

Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev bildirib ki, təcrübə prosesi zamanı tələbələrlə müxtəlif problemlər yaşanır, amma bu problemlər ziddiyyət xarakteri daşımır. “Bu problemləri də asanlıqla aradan qaldırmaq olur. Təcrübə zamanı belə hallar yaşana bilir. Bizdə qrupların hamısında təhkimçi müəllimlər olur, tələbələr və müəllimlər bir yerdə  təcrübə yerlərində ayrı-ayrı redaksiyalarda, qəzetlərdə, agentlikdə iştirak edirlər”.  

Təcrübə yerlərini dəyişmək istəyən tələbələrin də olduğunu bildirən Ş.Vəliyevin sözlərinə görə, 50-60 tələbədən 2-3-ü müxtəlif səbəblərdən təcrübə yerlərini dəyişmək istəyir.  

Bakı Slavyan Universitetinin jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı Səfər Məmmədov bildirib ki, hələ belə bir hal yaşanmayıb.

“Yəni mənim ağlıma belə bir şey gəlmir. Bizdə tələbələrin təcrübə məsələsi ilə məşğul olan ayrıca əməkdaş var. O, təcrübədən əvvəl müəssisələrlə müqavilə bağlayır. Yəni müqavilədən sonra müəssisədə heç bir narazılıq ola bilməz. Əgər belə bir hal baş verərsə, tələbənin təcrübə yeri dəyişdirilir. Həmçinin vaxtlı-vaxtında təcrübə prosesi ilə maraqlanırıq ki, tələbələr təcrübə zamanı nə ilə məşğul olurlar?” – deyə S. Məmmədov bildirib.  

Sevinc İltifatqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi