Bu gün tanınmış telejurnalist Anar Yusifoğlunun ad günüdür. 38 yaşını qeyd edən A.Yusifoğlu Modern.az-a mini-müsahibə verib.
– İlk növbədə, ad gününüzü təbrik edirəm.
– Çox sağ olun. Ad günü hər kəs üçün dəyərlidir. Ən azı səni tənqid edənlər səni tərifləyirlər. Xoş sözlər eşidirsən. Hər bir insan xoş söz eşitmək istəyir. Həm də ad günü özünə hesabat günüdür. Pis tərəfi də var ki, qocalırsan.
– İlk təbrik edən kim olub?
– Qardaşım.
– Ad gününüzü necə qeyd edəcəksiniz?
– Dostlarla bir yerdə. Türkiyədən dostum Ahmed Şafak gəlib. Onunla və burdakı jurnalist dostlarla bir yerdə qeyd edəcəyik.
– Təmtəraqlı ad günü keçirməyi xoşlayırsınız?
– Hər zaman ad günümü iş başında dostlarla qeyd etmişəm.
– Hədiyyə almağı daha çox xoşlayırsınız, yoxsa hədiyyə verməyi?
– Mən hər zaman hədiyyə vermişəm. Amma mənim üçün dəyərli olan və həyatımda önəmli yer tutan, sözləri mənim üçün əsas olan insanlardan hədiyyə qəbul etməyi xoşlayıram. Bilirəm ki, bu, onların mənə verdiyi dəyərdir. Amma gözləmirəm ki, bu gün mənim ad günümdür, kimsə mənə hədiyyə verəcək. Bu gün mənim üçün sürpriz oldu, iş yoldaşlarım yaxşı tort gətirib, onu yeyirik.
– Hansı hədiyyəni daha çox xoşlayırsınız?
– Kiməsə deyə bilmərəm ki, hansısa hədiyyəni alın. Amma mənə verilən hədiyyələr içərisində ətir və qalstuk olanda çox sevinirəm.
–Bu gün üçün hədiyyə verən olub?
– Bəli.
– Sonda qarşıda hansı planlarınız var?
– Jurnalist fəaliyyəti ilə məşğul oluram və jurnalist də daimi axtarışdadır. Yeniliyi tərəfdardır. Mən də öz üzərimdə çalışıram və həmin yenilikləri də tamaşaçılarımız görəcək. Bilirsiniz ki, tamaşaçıdan gizli heç nə saxlamaq olmur.
Nihadə Eyyubova