ANS televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru, jurnalist Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın müalicəsi üçün ilkin mərhələnin tələb olunan məbləği - 120 min dollar vəsait artıq toplanıb. Bu barədə Modern.az-a kampaniyaya rəhbərlik edən Murad Hüseynovun yaxın dostu, jurnalist Kənan Quluzadə məlumat verib.
“Hələlik başladığımız kampaniyanı dayandırmışıq, çünki ilkin deyilən məbləğ yığılıb. Amma bu kifayət etmir, lakin istənilən halda Azərbaycan ictimaiyyəti və xaricdəki soydaşlarımıza minnətdarıq. Hazırda könüllü olaraq bank hesabına pul köçürənlər olur. İndi Gülər Məmmədova Türkiyədə müalicəsini davam etdirir. Vəziyyəti normaldır, arada qızdırması olur. 3 ay müalicə olunmalıdır, hələki müalicəsinin bir ayı tamam olmayıb. Müalicəsi bitəndən müəyyən vaxt sonra Almaniyada əməliyyat olunmalıdır. Amma yığılan məbləğ əməliyyat üçün kifayət etmir”, – deyə K.Quluzadə qeyd edib.
Xatırladaq ki, “Space” telekanalının əməkdaşı Gülər Məmmədova qan xərçəngindən əziyyət çəkir.
Nihadə Eyyubova