“Mərkəz” qəzetinin keçmiş redaktoru Qızılgül Abdinova bəzi mətbuat orqanlarının onun işdən çıxmasını məvacib məsələsilə əlaqələndirməsinə etiraz edib.
“Mənim işdən çıxmağımın maaş məsələsilə heç bir əlaqəsi yoxdur. Bir müddət öncə cərrahiyyə əməliyyatına məruz qalmışdım. Son vaxtlar vaxtlı-vaxtında işə gedə bilmirdim. Səhhətimdəki problemlərə görə, redaktor postunda qalmağım düzgün deyildi. Qəzetin rəhbəri Gülər Əhmədova ilə danışıb, normal qaydada ayrıldım”-deyə həmkarımız Modern.az saytına açıqlamasında vurğulayıb.
Məlumatlara görə, keçmiş deputat Gülər Əhmədovanın baş redaktoru olduğu “Mərkəz” qzəetində jurnalistlər maddi durumlarından narazıdırlar.