Modern.az

Milli Məclisdə yeni mətbuat zalı olacaq

Milli Məclisdə yeni mətbuat zalı olacaq

Media

15 Sentyabr 2009, 18:48

Milli Məclisin mətbuat katibi Akif Nəsirov Modern.az-a bildirib ki, yaxın vaxtlarda parlament binasının ikinci korpusu istifadəyə veriləcək: “İkinci korpusun açılışı Milli Məclisin oktyabrın 1-də öz işinə başlayacaq payız sessiyasına kimi reallaşacaq.

Yeni korpusda mətbuat konfranslarının keçirilməsindən ötrü yeni zal da nəzərdə tutulub. Bu isə Milli Məclisdə jurnalistlər üçün şəraitin daha da yaxşılasdırılması deməkdir”. 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular