Tovuzda fəaliyyət göstərən “Türkel TV” kanalının baş direktorunun birinci müavini və baş redaktoru istefa verib. Modern.az-ın məlumatına görə, baş direktorun birinci müavini Hikmət Əsgərov və baş redaktor Lalə Nurəddinqızı dünən axşam saatlarında ərizə yazaraq işdən çıxıblar.
Qeyd edək ki, H.Əsgərov və L.Nurəddinqızı evlidirlər. Hər ikisinin də işdən çıxmasına səbəb Hikmət Əsgərova başqa yerdən iş təklifi gəlməsidir.
Xatırladaq ki, əvvələr Hikmət Əsgərov ANS-in baş operatoru vəzifəsində çalışıb, Lalə Nurəddinqızı isə “İç xəbər”in aparıcısı olub. Cütlük elə telekanalda tanış olub evləniblər, hazırda bir övladları var.
Sevinc İltifatqızı