Media sahəsində dövlətin əsas vəzifələri dəqiqləşib.
Modern.az xəbər verir ki, bu barədə “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
- media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
- Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
- istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
- medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
- media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
- media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
- Azərbaycanın media məkanının təhlükəsizliyini təmin etmək;
- ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.