Modern.az

Bu halda media orqanı reyestrdən ÇIXARILACAQ

Bu halda media orqanı reyestrdən ÇIXARILACAQ

Media

10 Dekabr 2021, 12:15

Media subyektlərinin reyestrdən çıxarılması müəyyənləşib. Modern.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

 

Media Reyestrindən çıxarılması halları aşağıdakılardır:

 

- Media Reyestrinə daxil edilmiş media subyektləri aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:

 

-  media subyektinin ərizəsi olduqda;

 

- hüquqi şəxs olan media subyekti ləğv edildikdə;

 

- məhkəmənin qərarı ilə media subyektinin fəaliyyətinə xitam verildikdə;

 

- fiziki şəxs olan media subyekti öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

 

- bu Qanunun 26.1–26.4-cü (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) və 74.1.5-ci maddələrinin tələblərinə  cavab vermədiyi aşkar edildikdə;

 

-  çap mediası subyekti tərəfindən bu Qanunun 59.7-ci maddəsinin, onlayn media subyekti (redaksiyaları) tərəfindən isə bu Qanunun 60.5-ci maddəsinin tələbləri pozulduqda;

 

- Media Reyestrinə daxil edilmiş çap mediası və ya onlayn media subyektinin reyestr məlumatlarında dəyişiklik edildikdə dəyişiklik baş verdiyi tarixdən 14 (on dörd) iş günü ərzində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqana (quruma) təqdim edilmədikdə;

- audiovizual media subyektinin lisenziyası ləğv edildikdə.

 

- Media subyekti Media Reyestrindən çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) veb-saytında bu barədə məlumat yerləşdirilir.

 

- Media Reyestrinə daxil edilmiş jurnalistlər aşağıdakı hallarda Media Reyestrindən çıxarılır:

 

- jurnalistin ərizəsi olduqda;

 

- bu Qanunun 74.2-ci maddəsinin tələblərinə cavab vermədiyi aşkar edildikdə;

 

- ağır və xüsusilə ağır cinayətlərə görə  məsuliyyətə cəlb edildikdə;

 

- öldükdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ölmüş və ya itkin düşmüş elan edildikdə;

 

- yayımladığı informasiyanın bu Qanunun 14-cü maddəsinin tələblərinə cavab verməməsi halları il ərzində 3 (üç) dəfə aşkar edildikdə;

 

- işlədiyi media subyekti, yaxud fərdi olaraq müəllif hüquqları əsasında işlədiyi yeganə media subyekti Media Reyestrindən çıxarıldıqda;

 

- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist vergi uçotundan çıxarıldıqda və ya sahibkarlıq fəaliyyəti dayandırıldıqda.

 

- Jurnalist Media Reyestrindən çıxarıldıqda onun jurnalist vəsiqəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ləğv edilir və bu barədə onun veb-saytında məlumat yerləşdirilir.

- Bu Qanunun 58.3-cü maddəsinə uyğun olaraq təqdim olunmuş məlumatlar əsasında audiovizual media subyektləri birbaşa Media Reyestrindən çıxarılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi