Modern.az

Bu məlumatların yayımı MƏHDUDLAŞDIRILIR

Bu məlumatların yayımı MƏHDUDLAŞDIRILIR

Media

10 Dekabr 2021, 12:26

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi zamanı məhdudiyyətlər müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

 

Qanuna görə, aşağıdakı məlumatların yayılmasına yol verilmir:

 

- dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;

 

- dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;

 

- dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;

 

- dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI