Modern.az

Qanun mediadakı xaotikliyi aradan qaldıracaq - Rəşad Məcid

Qanun mediadakı xaotikliyi aradan qaldıracaq - Rəşad Məcid

Media

11 Dekabr 2021, 13:12

“Müzakirələrdə ortaq fikir bu oldu ki, Qanunun hazırlanmasına böyük əmək sərf olunub, digər ölkələrin Qanun layihələri süzgəcdən keçirilib, aktual məqamlardan bəhrələnilib”.

 

Bu sözləri Modern.az saytına açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid "Media haqqında" Qanun layihəsilə bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, layihədə informasiya texnologiyalarından doğan bütün müasir dövrün tələbləri əhatə olunub:

 

“Əslində bu Qanunun qəbulunu zaman, informasiya texnologiyalarının sürətli inkişafı zəruri etmişdi. İlin əvvəlində cənab Prezidentin sərəncamına əsasən, yeni Qanunun hazırlanmasına start verildi. Bu müddətdə Media Agentliyi tərəfindən Qanunun hazırlanması istiqamətində gərgin iş gedib, nəticədə ortaya sanballı layihə qoyulub. Audiovizual media, onlayn media barədə hissələr zamanın, dövrün tələbidir. Layihədə media sektorunda informasiya texnologiyalarından doğan bütün yeniliklər əhatə olunub. Həmçinin Media reyestrinin yaradılması barədə bölüm də xaotik vəziyyətdə olan media sektorunda aydınlıq yaratmaq, peşəkar jurnalistlərin fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətlidir".

 

R. Məcid qeyd edib ki, yaxın günlərdə Milli Məclisdə Qanun layihəsinin müzakirələri başlayacaq və deputatlar də dəyərli fikirlərini bildirib, layihəni dəstəkləyəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər