Modern.az

İnformasiya müharibəsində yeni imkanlar YARANIR

İnformasiya müharibəsində yeni imkanlar YARANIR

Media

11 Dekabr 2021, 14:03

"Yeni hazırlanmış "Media haqqında" qanun layihəsi çox mütərəqqi sənəddir".

 

Bu sözləri Modern.az-a ötən gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu, İnsan Hüquqları komitələrinin birgə iclasında müzakirə edilən “Media haqqında” Qanun layihəsindən danışarkən deputat Arzu Nağıyev söyləyib.

 

Onun fikrincə, 1999-cu ildə qəbul edilən qanunun yenisi ilə əvəz edilməsi müasir reallığa uyğundur:

 

"Dünyada və regionda baş verən hadisələrin fonunda media sahəsində islahatların da diqqətdə saxlanılaraq, belə bir qanunun qəbul edilməsi düzgün addımdır. Qanun layihəsi iki komitədə müzakirədən sonra plenar iclasa tövsiyə olundu. Əsas məsələ budur ki, qanun qəbul edilərsə, artıq jurnalist kim olduğunu, medianın mahiyyətini, media subyektlərinin səlahiyyət və öhdəliklərini tam dərk edəcək".

 

Azərbaycan mediasının dünya mətbuatı ilə əlaqələri, dünyaya çıxışı məsələsinə gəlincə, deputat hesab edir ki, informasiya müharibəsində yeni imkanlar baxımından sözügedən qanun layihəsi əhəmiyyətli məqamlar vəd edir:

 

"44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə informasiya savaşı da ölkəmiz üçün əhəmiyyətli məsələyə çevrildi. Prezident İlham Əliyevin 4 dildə apardığı informasiya müharibəsinin hibrit müharibədə rolu böyük oldu. Bu gün də Azərbaycan reallığını dünyaya çatdırmaq üçün ciddi media qurumlarının fəaliyyəti tənzimlənməlidir. Bir neçə dildə fəaliyyəti təmin etmək, xarici media qurumlarının bizə istinad etməsinə nail olmaq, dünyaya inteqrasiya baxımından medianın inkişafına təkan vermək önəmli məsələdir. Ona görə, düşünürəm ki, yeni qanun layihəsindən irəli gələn tələblər informasiya sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsinə də müsbət təsir edəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu