Azərbaycan Dillər Universitetin (ADU) mətbuat katibi Ağa Cəfərli tutduğu vəzifədən ayrılmaq qərarı verib.
Modern.az-ın məlumatına görə, bu barədə A.Cəfərli sosial şəbəkə hesabında bildirib:
“İlin sonunda Azərbaycan Dillər Universiteti ilə yollarımızı ayırmalı olacağıq. Rektor Kamal Abdullaya vaxtilə mənə etimad göstərdiyinə, bəzi həssas məqamlarda dəstəyinə görə təşəkkür edirəm. Bəzi məqamlarda elə mərd hərəkətlər edib ki, elə bilirəm bu cür davranışlar hamıya nümunə olmalıdır. Universitetdən ayrılma səbəbinə gəlincə, doğrusu, bir müddətdir ki, müəyyən səbəblərdən özümü orda görmürdüm. Ayrılmaq fikirində idim, amma bunun qarşısını kəsən səbəblər vardı. Şadam ki, nəhayət, yolları ayırmaq qərarımı reallaşdıra bildik”.
A.Cəfərli bundan sonra (yanvar ayından) fəaliyyətini Təcrübə və Təqaüd Proqramları MMC-də mətbuat xidmətinin rəhbəri kimi davam etdirəcəyini bildirib:
“Yaxşı planlar var, inşallah, gerçəkləşdirmək nəsib olar. İşlərin gerçəkləşməsi üçün jurnalist dostlardan da dəstək gözləyirəm”.
Jurnalist Ağa Cəfərli 2017-ci ilin iyulunda ADU-nun mətbuat katibi təyin olunmuşdu.
A.Cəfərli daha əvvəl Azərbaycan Yaradıcılıq Fondunun mətbuat katibi vəzifəsində işləyib, Moderator.az saytında, "Xalq Cəbhəsi" qəzetində çalışıb.