Modern.az

Həmkarlarımız erməni minalarının qurbanı olub

Həmkarlarımız erməni minalarının qurbanı olub

Media

27 Dekabr 2021, 12:14

“Minalarla bağlı məsələ hər zaman aktualdır. Bununla əlaqədar vətəndaşlarla maarifləndirmə işləri davam etməlidir”.

 

Modern.az xəbər verir ki,  bunu Media İnkişaf Agentliyinin (MEDİA) şöbə müdiri, Əməkdar jurnalist Natiq Məmmədli deyib.

 

N.Məmmədli qeyd edib ki, mina təhlükəsizliyi ilə bağlı sosial şəbəkələrdə və informasiya resurslarında təbdirlər peşəkarcasına işlənir və vətəndaşlara təqdim olunur:

 

“Media olaraq öz üzərimizə düşən işləri görməliyik. Vətəndaşların işğaldan azad olunan ərazilərə qanunsuz səfərləri davam edir. Bu işdə dövlət qurumları tərəfindən işlər aparır. Lakin bəzi vətəndaşlar yenə xəbərdarlıqlara baxmayaraq ərazilərə qanunsuz səfər edirlər. Buna görə də vətəndaşların minaya düşmə halları barədə eşidirik. Bu səbəbdən vətəndaşlarla maarifləndirmə tədbirləri mütəmadi davam etməlidir".

 

Şöbə müdiri onu da vurğulayıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrində qeyri-dəqiq koordinatlar mövcuddur:

 

“Bizim iki dəyərli həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov öz peşə fəaliyyətlərini yerinə yetirən zaman minaya düşərək şəhid oldular. Onlar da informasiya yolunda canlarını qurban verdilər. Bu cür halların olmaması üçün biz artıq media nümayəndələrinə də kurslar, təlimlər təşkil etmişik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu