Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə çəkilişlərlə bağlı il ərzində KİV nümayəndələrindən daxil olan 250-dən çox məktub icra olunub. Müxtəlif mövzularla əlaqədar KİV-dən daxil olan 143 sorğu cavablandırılıb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.
Bundan başqa, 712 nəfər yerli və xarici KİV nümayəndəsinin iştirakı ilə Tovuz, Tərtər, Füzuli, Xocavənd, Ağdam, Qubadlı, Kəlbəcər, Laçın rayonlarında, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 33 media-tur təşkil olunub.